Nüsrətin restoranındakı qadını “İnterpol” axtarırmış — Sabiq Prezidentin qızıdır

Nüsrətin restoranındakı qadını “İnterpol” axtarırmış — Sabiq Prezidentin qızıdır

Türkiyəli tanınmış aşpaz Nüsrət Gökçenin Dubaydakı restoranında qonaq olan qadının “İnterpol” tərəfindən axtarışda olduğu üzə çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Anqolanın sabiq Prezidenti Xose Eduardo dos Santosun qızı 49 yaşlı İzabel dos Santosdan gedir.

Hər yerdə axtarılmasına baxmayaraq, lüks məkanlarda görüntülər paylaşan qadın 5 milyon dollarlıq çirkli pulların yuyulmasında və dələduzluqda ittiham olunur.

Adıçəkilən qadının Nüsrətin restoranındakı görüntülərini onun dostu instaqram hesabında paylaşıb. Görüntülərdən aydın olur ki, İzabel dos Santosa şəxsən Nüsrətin özü qulluq edib.

Qeyd olunur ki, 2017-ci ilə qədər Anqolanı 38 il idarə edən sabiq Prezident Xose Eduardo dos Santosun qızı Afrikanın ən zəngin qadınıdır.

“İnterpol”un məlumatına görə, İzabel adətən Portuqaliya, İngiltərə və Birləşmiş Ərəb Əmirliklərində qalır. Ona qarşı irəli sürülən ittihamlara görə siyasi işgəncələrə məruz qaldığını deyən İzabel özünü təqsirli bilməyib. Nüsrətin İzabelin “İnterpol” tərəfindən axtarılması ilə bağlı məlumatı olub-olmadığı məlum deyil.


Share: