Nyu-York səmasını qatı tüstü bürüdü

Nyu-York səmasını qatı tüstü bürüdü

Nyu-York səmasını qatı tüstü bürüyüb. Buna səbəb Kanadada baş verən meşə yanğınlarıdır.

Artıq Nyu-Yorkda çirklənmə səbəbindən havanın keyfiyyəti təhlükəli həddə düşüb. Nəticədə şəhər havanın keyfiyyətinə görə antireytinqdə ikinci yeri tutaraq liderliyi yalnız Hindistanın Dehli şəhərinə uduzub.

Yaranan vəziyyətə görə Nyu-York meri Erik Adams sakinləri açıq havada az vaxt keçirməyə çağırıb. Məktəblərin açıq havada olacaq tədbirləri də ləğv edilib.

Mənbə: TASS

Share: