Nyu-Yorkda karantin rejimi ləğv olunur

Nyu-Yorkda karantin rejimi ləğv olunur

Dünyanın ən böyük meqalopolislərindən biri olan ABŞ-ın Nyu-York şəhərində iyulun 1-dən etibarən karantin rejimi ləğv olunacaq.

Müstəqil.Az xəbər verir ki, bu barədə Nyu-York şəhərinin meri Bill de Blazio keçirdiyi mətbuat konfrasında bildirib.

O, şəhər sakinlərinin vaksinasiya prosesində könüllülük nümayiş etdirdiyini və kütləvi iştirakın uğurlu nəticə verdiyini deyib. Nyu-Yorkun tezliklə normal həyata dönəcəyini açıqlayan Bill de Blazio 8,3 milyon sakini olan şəhərdə 6,3 milyon insanın peyvənd olunduğunu vurğulayıb:

“İyulun 1-dən etibarən Nyu-Yorkda mağazaları, ofisləri, teatrları və iş yerlərini tamamilə açmağa hazırıq”.

Mer karantin rejiminin ləğvindən öncə hansı qaydaların tətbiq olunacağı ilə bağlı xüsusi tədbirlər planının hazırlanacağını söyləyib.

Qeyd edək ki, Nyu-York uzun müddət pandemiyanın episenteri olub və koronavirus burada 32 min insanın həyatına son qoyub.

Müstəqil.Az

Share: