Polis aktyor Robert De Nironun Nyu Yorkdakı evini qarət etməyə cəhd edən 30 yaşlı qadını saxlayıb.
Məlumata görə, o, dekabrın 19-da səhər saat 3:30-da De Nironun evinə girib. Qadın ağacın altında olan Milad hədiyyələrini oğurlamağa çalışsa da, aktyor həmin an evdə ailəsi ilə birlikdə olduğu üçün səs eşidib və vəziyyəti yoxlamaq üçün aşağı düşüb.
Cinayətkarı tapan De Niro polisə zəng vurub, polis qadını saxlayıb.
Medianın məlumatına görə, həmin şəxs əvvəllər də oxşar cinayətlərə görə həbs olunub.
Mənbə: gazeta.ru