“O bacarığım yoxdur ki, sponsoru razı salım…” – Xuraman Əlizadə

Başa düşə bilmirəm, niyə məni seriallara, filmlərə dəvət etmirlər.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Teleqraf.-coma açıqlamasında aktrisa Xuraman Əlizadə deyib.

Rejissorların onu unutmağından şiyayətlənən aktrisa 2 ildir ailə qurduğunu və oğul anası olduğunu deyib:

“Uşaq olandan onunla məşğulam. Bəlkə də düşünürlər ki, uşağıma başım qarışıb, sənətdən uzaqlaşmışam, amma belə deyil. Mənə uyğun film, serial təklifləri olsa, qəbul edərəm. Ola bilər kimsə tapşıb ki, Xuraman Əlizadəyə işlə bağlı təkliflər etməyin. Bunu araşdırıb, öyrənəcəm. Çünki bu sahədə bacarıqlı aktrisalardan biri də mənəm. Dostum da yoxdur ki, bu cür halların səbəbini mənə çatdırsın. Ümumiyyətlə, ailəmdən başqa dostum yoxdur”.

Film və seriallardan təklif gəlməsə də, verlişlərə tez-tez dəvət aldığını deyən Xuraman Əlizadə bildirib:

“Sağ olsunlar, onlar məni unutmayıb. Verlişlərə aparıcı kimi də çıxa bilərəm, lakin bunun üçün sponsor tapmalıyam. Dilli görsənə bilərəm, amma o bacarığım yoxdur ki, gedib sponsoru razı salım”.

Qeyd edək ki, aktrisa “Tək səbir” filmində gəlin, “Miras” serialında qayınana rolu ilə tanınır.

Müstəqil.Az

Share: