“Barselona”dan ayrılan Jordi Albanın yeni klubu müəyyənləşib.
“Qafqazinfo” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu ABŞ-ın “İnter Mayami” klubunda çıxış edəcək.
MLS təmsilçisinin tezliklə Alba ilə müqavilə imzalayacağı bildirilib.
Xatırladaq ki, Albanın keçmiş komanda yoldaşı Lionel Messi də bu yaxınlarda “İnter Mayami”yə keçib.