İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” kitabı işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” kitabı işıq üzü görüb.
Prezident təqaüdçüsü olan İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” poeması 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı işığında çap olunub.
Milli Məclisin sədr müavini Adil Əliyev kitaba “Heydər Əliyev – Böyük millət və dövlət xadimi” adlı ön söz yazıb. “İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasında Heydər Əliyevin bədii obrazı haqqında” digər ön sözün müəllifi filologiya elmləri doktoru Salidə Şərifovadır.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, rəyçisi filologiya elmləri doktoru, professor Vüqar Əhməddir.
68 səhifəlik kitab “Şirvannəşr” nəşriyyatında çap olunub.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi