“O səs ensin bir səhər tamarzı qulaqlara:  Müharibə bitdi, müharibə bitdi…”- Allahşükür Ağa

“O səs ensin bir səhər tamarzı qulaqlara:  Müharibə bitdi, müharibə bitdi…”- Allahşükür Ağa

 

Balan sağdı
Gecələrin ulartısına qoşulub getmək,
Yazdan qışa
Qışdan payıza, yaya
Qəfil düşüb
Uzaqlığın üzündən öpüb
Bir durna səsi tək yerə
Enmək,  necə gözəldi.
Daş kimi  yox,
 Bir az  yayına – yayına,
 Yellənə – yellənə
Bir şəhid atasının qulağına düşmək:
 -Balan sağdı,
Gələcək,
Qurbanlığını hazırla- söyləmək,
Necə gözəldi.
Ulduzların işığına qoşulub getmək,
Yığışmaq yer üzündən,
əl – ayağını,
ağırlığnı çəkmək yer üzündən.
 Lap acıqca  dan üzünü dişləmək,
Qan süzülsün yanağından səs kimi.
O səs ensin bir səhər tamarzı qulaqlara:
 Müharibə bitdi, müharibə bitdi-
Nə gözəl!
Bu səsi gətirmək üçün
 getmək istəyirəm uzaqlara.
Allahşükür Ağa
Müstəqil.Az
Share: