“O yerdə ki, özfəaliyyət var, orada həmişə problem də var”

Adil Qeybulla: “Xəstələrin müalicəsi konkret protokollar əsasında həyata keçirilməlidir”
Baş Prokurorluğun mətbuat xidmətinin verdiyi məlumata görə, dərman vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 vəzifəli şəxs həbs edilib.
Araşdırma nəticəsində bəlli olub ki, 100-ə yaxın həkimlə razılıq əldə edən bu şəxslər xəstələrə yalnız bu şirkətlər tərəfindən gətirilən bahalı dərmanların təyin olunmasına nail olub. Hansı ki, bu dərmanların özü də xəstələrə lazımi miqdardan daha çox həcmdə təyin olunub ki, məqsəd daha çox qazanc əldə etmək olub.
5 şirkət əməkdaşının həyata keçirdiyi bu qanunsuzluqda 100-ə yaxın həkimin iştirakı ölkənin səhiyyə sistemi, burada çalışan həkimlərin Hipokrat andına, elementar insani dəyərlərə sadiqliyi haqqında nə deyir?
MÜstəqil.Az bildirir ki, Moderator.az-a açqlama verən professor Adil Qeybulla xəstələrin müalicəsinin konkret protokollar əsasında həyata keçirilməsi gərəkdiyini vurğuladı:
“Ümumdünya Səhiyyə Təşkilatının müvafiq protokolları mövcuddur. Orada xəstənin müalicəsi üçün antibiotik, antibakterial dərmanlardan necə, hansı şərtlərlə istifadə halı göstərilib. Antibiotiklərin, dərmanların seçimi konkret protokollar üzrədir. Həkimin peşəkarlığı dərmanın dozasını, allergik təsirini və s. xüsusiyyətini nəzərə almaqla, ondan istifadəsini həyata keçirməkdir. Iş bu protokolar əsasınbda gedəndə, problem yaşanmır. Amma özfəaliyyət olanda həmişə problem yaşanır.
Hər hansı bir dərman şirkətinin dərmanlarının lazımlı və ya lasımsız olmasını yalnız Səhiyyə Nazirliyinin müvafiq komissiyaları müəyyən edə bilər. Bununla bağlı yüksək səviyyəli ekspertiza təyin olunur. Məhz ekspertiza müəyyən edir ki, bu dərmanlar müəyyən təmənna niyyəti ilə yazılıb, yoxsa buna həqiqətən də ehtiyac olub. Çünki bəzi müalicələr kifayət qədər bahalıdır. Yəni məsələ Səhiyyə Nazirliyinin  müvafiq komissiyaları tərəfindən araşdırılandan sonra buna qərar verilir. Yaxud hüquq-mühafizə orqanları bu komissiyalara müraciət edib onlardan müvafiq rəy alandan sonra bununla bağlı hər hansı qərar verə bilər. Çünki bu barədə rəy vermək bu komissiyaların səlahiyyətində olan məsələdir”.
Seymur Əliyev

Share: