Obsessiya – güclü təşviş yaradan, daim təkrarlanan arzuolunmaz fikirlər, meyillər və obrazlardır. Onlar ya birdən-birə, ya da hər hansı bir vəziyyət və hadisə ilə əlaqədar olaraq yarana bilər. Obsessiyaların daha çox rast gəlinən mövzusu infeksion xəstəliklərə yoluxma və infeksiya yayma qorxusu, ətrafına təsadüfi, ya da düşünülmüş zərər yetirmə qorxusu, kobud səhv etmə qorxusu, mənəvi və dini qadağaları pozma qorxusu, pedofil və homoseksual davranış törətmə qorxusu olur.
Kompulsiya – pasiyent “qeyri-adi, fövqəltəbii” şəkildə onu Qorxudan hadisənin, sarışan fikirlərlərin qarşısını almaq və ya həyəcanı, gərginliyi azaltmaq üçün etməyə ehtiyac hiss etdiyi fiziki və ya psixi hərəkətlərdir (rituallar).
Fiziki kompulsiyalar – tez-tez əl yuma, qapıları bağlama və s. kimi kənardan hiss olunan təkrarlanan hərəkətlərdir14.
Psixi kompulsiyalar – kənardan hiss olunmayan, xəstənin iradəsinə tabe olmayan və onu narahat edən fikrində təkrarlanan hesablama, dualar və qarğışlar kimi sarışan pozuntulardır
Obsessiv-kompulsiv pozuntuya nə səbəb olur? OKP-nin
İnkişaf etmə şansı bu simptomlara yoluxmuş şəxslərin birinci dərəcəli qohumlarında (ana, ata, bacı, qardaş, övlad) daha çox müşahidə oluna bilər. Belə ki, burada bəzi genetik elementlər ola bilər. Lakin indiyə qədər OKP ilə bağlı heç bir gen tapılmayıb.
Obsessiv-kompulsiv pozuntuya kimlərdə rast gəlinir? OKP
İstənilən yaşda yaşana bilər, əsasən, 19-30 yaşlararası*, həmçinin uşaqlarda da inkişaf edə bilər. OKP-yə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir*.
*Obsessiv-kompulsiv pozuntuya qadınlarda daha çox rast gəlinsə də Obsessiv kompulsiv şəxsiyyət aksentuasiyası pozuntusuna kişilərdə daha çox rast gəlinir.
*Obsessiv kompulsiv pozuntu üçün hazırki başlanğıc yaş 12-dən 7,5-ə düşmüşdür.
Obsessiv-kompulsiv pozuntuya necə diaqnoz qoyulur?
OKP-yə diaqnoz qoyulması üçün daha təfsilatlı qiymətləndirməyə ehtiyac duyulur. Bu, həkiminiz tərəfindən yerinə yetirilə bilər. Qiymətləndirmədə sahib olduğunuz obsessiv fikirlər və kompulsiyalar, onların sizə və gündəlik həyatınıza necə təsir etməsi dəyərləndirilir.
Olur ki, Siz tez-tez və çox yuyunasınız?
Olur ki, Siz dəfələrlə nəyi isə yoxlayasınız?
Olur ki, Siz əşyaları müəyyən qaydada yığmağa meyil edəsiniz?
Olur ki, Sizi incidən hansısa bir fikirdən azad olmaq istəyirsiniz, lakin bacarmısınız?
Olur ki, Siz necə görünməyiniz barədə daim narahatlıq keçirir və çalışırsınız ki, bu barədə düşünməyəsiniz?
Olur ki, ev işləri çox vaxtınızı alsın, hansı ki, bitirməkdə çətinlik çəkirsiniz?
Bu problemlər Sizin həyatınıza, məsələn, cəmiyyətdə işləməyə, ev işlərini görməyə, yaxınlarınız ilə münasibətə mane olur?
Obsessiv-Kompulsiv şəxsiyyət pozuntusu(Obsessive Compulsive Personality Disorders – OCPD) olan şəxslər tamamilə nəzarət altında olmayan hər mövzuda çarəsizlik hiss etmək, daima nizam-intizam, “qayda-qanunlar”, maksimalist, məqsədinə çatmaq üçün mübarizə aparan, dəyişikliyə qarşı ciddi müqavimət göstərirlər. Bu şəxsiyyət pozuntusu OKP(obsessiv-kompulsiv pozuntu) nevrozu ilə qarışdırılsa da əslində bir – birindən tamamilə fərqlənir.
Fərd, gündəlik həyatında mədəniyyətin ona təqdim etdiyi normalar xaricində davranış nümayiş etdirərsə, bu nümayişlərin şəxsiyyət üzərində dramatik təsirləri ola bilər. Psixoloqlar yuxarıda sadalanan şəxsiyyət pozuntularını anlayır və fərqli kateqoriyalara bölür, bu problemlərdən əziyyət çəkən insanlara kömək etməyi bacarırlar.
Aşağıdakılardan dördünün ya da daha çoxunun olmağı ilə müəyyənləşən, gənc yetişkinlik dövründə başlayan və fərqli zaman və şəraitlərdə ortaya çıxan, elastiklik, açıqlıq və məhsuldarlıq bahasına nizamlılıq, mükəmməlliyyətçilik, zehni və münasibətlər arası münasibətlərdə kontrol etmə üzərinə baş yormaq:
1- Görülən işin məqsədini unutduracaq dərəcədə detallar, xırdalıqlar, qaydalar, siyahılar, sıralamalar, təşkil etmə və ya proqramlama ilə məşğul olur.
2- İşin yekunlaşmasını çətinləşdirən mükəmməlliyyətçilik göstərir (məs.: özünəməxsus hədsiz qatı meyarları reallaşmadığı müddətcə işini tamamlaya bilmir).
3- Asudə vaxtlarını dəyərləndirmə fəaliyyətlərindən və dostlarından məhrum qalacaq dərəcədə özünü işə və ya məhsuldarlığa həsr edir (mədəni və ya dini identifikasiya ilə izah edilməz)
4- Əxlaq, dürüstlük və ya dəyərlər kimi mövzularda vicdanın səsini hədsiz dinləyər və elastiklik (flexibility) göstərməz.
5- Xüsusi bir dəyəri olmasa da köhnəlmiş ya da dəyərsiz şeyləri əldən çıxarda bilmir.
6- Başqaları, eynilə özünün etdiyi kimi etməyi qəbul etmədikcə, vəzifə bölgüsü etmək və ya başqaları ilə birlikdə işləmək istəməz.
7- Pul xərcləmək mövzusunda həm özünə, həm də başqalarına qarşı xəsis davranır: pulu gələcəkdə ortaya çıxa biləcək fəlakətlər üçün yığılmalı olan bir şey kimi görür.
Obsessiv Kompulsiv Şəxsiyyət Pozuntusu ailə kökü
• Uşağı müəyyən standartlara uyma şərtləri ilə “sevən”, şərtlərlə sevgi göstərən ata-ana,
• Qaydalara riayət etməməyin fəlakətlə nəticələnəcəyi inancını yerləşdirən hadisə və mövqelər,
• Ata-ananın dominant olduğu, duyğuların basdırıldığı ailələr.
• Qaydalar və standartlara riayət edilmədiyində utanc və tənqidlə uşağı manipulyasiya edən ata-ana.
• Özü haqqında təməl inanc:
• Dünyam kontroldan çıxa bilər!
Digərləri haqqındakı inancı:
• Digər insanlar məsuliyyətsiz ola bilər!
• İnsanlara güvənmək olmaz!
Ara inancları:
• Əgər mən tamamən kontrol etməsəm, dünyam alt-üst ola bilər.
• Əgər qəti qaydalarım və planım olarsa, işlər yolunda gedər.
• Doğru və yanlış davranışlar, qərarlar və duyğular vardır.
Bihevioral strategiya:
Hadisələri olanı möhkəm şəkildə kontrol etmək.
İnsanları sərt formada kontrol etmək.
Həddən aşan olan strategiyaları:
Kontrol etmə arzusu
Məsuliyyət hiss etmə
Sistemliliyə sadiqlik
Duyğular:
Təşviş və depressiya.
İki diaqnozu fərqləndirən xüsusiyyətlər bundan ibarətdir ki, obsessiv-kompulsiv pozuntudan əziyyət çəkən şəxs obsessiv-kompulsiv şəxsiyyət aksentuasiyası pozuntusundan əziyyət çəkən şəxsdən fərqli olaraq mövcud olan bir problemin fərqindədir, əlamətlərin narahatedici olduğunu bilir, müalicə üçün can atır. Obsessiv-kompulsiv şəxsiyyət aksentuasiyası pozuntusundan əziyyət çəkən şəxs isə əksinə, davranışlarını “olmalı olan” kimi qəbul edir, bunu anomaliya yox, norma hesab edir. Bu şəxsiyyət özəlliklərinə sahib olan şəxslər adətən mövcud bir problemin olmadığını düşündükləri üçün onların müalicəsi hər vaxt rast gəlinən bir hadisə deyil, sadəcə müraciət etmirlər.
Obsessiv kompulsiv pozuntuda özü-özünə yardım üçün bir neçə koqnitiv davranışçı texnikaya diqqət edək:
1. Obsessiv-kompulsiv şəxsin düşüncə gündəliyi: Burada biz gündəlik olaraq neçə dəfə obsessiyaların “qonaq” gəldiyini izləmək üçün hər dəfə ağlımıza bu qeyri-funsional düşüncələr gəldikcə bunu gündəlikdə işarə edir, hər gün sonunda nəticəyə baxırıq. Burada məqsəd düşüncələrin fərqinə varmaqdır.
2. Obsessiya stansiyaları: Burada əsas məqam qeyri-funsional düşüncəni öz iradəniz çərçivəsinə salmaqdır. OKP çox vaxt insana romantik, işgüzar sferada təsir edir, gündəlik həyat fəaliyyətinizə davam edərkən hər bir saatın sonunda özünüzə “Obsessiya stansiyasında” “istirahət” üçün 10 dəqiqə vaxt ayırır, o an həmin düşüncə gəlmək istəməsə belə iradi səy ilə onu şüur səviyyəsinə gətirməkdir.
3. Çəhrayı koftalı, mavi eynəkli bənövşəyi pişik: iki mərhələdə yerinə yetirilir. Düşüncələrin işləmə formasının fərqinə varmaq üçün iki dəqiqə ərzində bu qəribə görüntünü göz önündə canlandırmağa çalışın. Hər dəfə fikriniz yayındıqda bir vərəqə işarə qoyun. Sonra iki dəqiqə ərzində bu qəribə görüntüdən fikrinizi yayındırmağa çalışın. Bu dəfə bu qəribə görüntü ağlınıza hər gəldikcə vərəq üzərində bir işarə qoyun. Bu qəribə texnikanın məqsədi düşüncələrin onlardan qaçdıqca bizi izləməyinə əyani şahidlik etmək və bu üsulla da tədricən dünən bəhs etdiyim qorxu nərdivanınızı qurmaqdır.
4. Sistematik və ya birbaşa üzləşmə: psixodinamik terapiyaların tərəfdarları daim məruzburaxmaların qalıcı xəsarətlər yaradacağına dair əsaslı dəlillər tapacaqlarına ümid ediblər. Halbuki “məhəbbət xəstəliyinin” müalicəsi belə bizə ya həmin şəxsdən çox-çox uzağa getməyi, ya da ona tam yaxında dayanmağı tələb edir, dolayısı ilə üzləşmə şəxsi narahat edən qeyri-funsional düşüncələrin qulyabani deyil, sadəcə müqəvva olduğunu şəxsə göstərir. Sistematik üzləşmədə bir neçə qorxulan məqamdan danışılır, bu məqamlar 40-100% şiddətlə dəyərləndirilir, ən aşağı şiddətli təşviş yaradan düşüncədən əsas qeyri-funsional düşüncəyə qədər bir neçə həftəlik proqram hazırlanır. Birbaşa üzləşmə isə düşmən düşüncələrin cəbhə dərinliyinə girmək və elə birbaşa əsas problem yaradan Obsessiya ilə üzləşməyi, bu zaman təşvişin şkala üzrə artmasını bir neçə dəqiqə sonra enən xəttə keçməyini müdafiə edir.
Kamal Səlimov – Psixiatr