Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, uzunluğu 78 metr olan bu gəmilər həm də sahildən idarəetmə pultu ilə idarə olunacaqlar. Gəmilər ekoloji yanacaq hesab edilən ammiak ilə çalışacaqlar.
Gəmilərin layihələndirilməsi və dizaynı Norveçdə “Vard Electro” şirkətində icra edilir. Lakin gəmilər Vyetnamda, “Vard Vung Tau” gəmiqayırma zavodunda inşa ediləcəklər.
Gəmilər sifarişçiyə 2022-ci ilin ikinci yarısından 2023-cü ilin sonuna qədər təhvil veriləcək.