Rusiya ordusunun martın 2-nə keçən gecə Odessada həyata keçirdiyi pilotsuz təyyarə zərbəsi nəticəsində qurbanların sayı 9-a çatıb.
xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin regional qərargahından verilən məlumata görə, hazırda daha bir nəfərin meyiti tapılıb.
“Axtarış işləri bütün gecə davam edib. Səhər saat 9-a olan məlumata görə, dağıntılar altından 2-si uşaq olmaqla 8 nəfər ölüb. Daha bir nəfərin dağıntılar altından çıxarılması istiqamətində işlər davam etdirilir” – məlumatda deyilir.
Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperin aydınlaşdırdığı kimi, doqquzuncu qurban qadındır.
Şəhər meriyası, həmçinin üç qurbanın hazırda xəstəxanada qaldığını bildirib:
“Həkimlər onların vəziyyətini stabilləşdirə biliblər”.
Yaralı hamilə qadın hazırda ambulator şəraitdə, həkimlərin nəzarəti altında müalicə olunur.