24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.
Dövlətimizin firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıram.
Azərbaycanın ən şərəfli zəfər tarixini,qələbənin sevincini yaşayırıq.
Bu gün birliyimizin, vahidliyimizin bəlkə də ən kulminasiya nöqtəsindəyik. Eşq olsun bu birliyə, bu vahidliyə. Heç bir millətin tarixində heç bir vaxt öz vətənini azad etmək uğrunda bu qədər birlik və ruh yüksəkliyi olmamışdır.
Bu gün Azərbaycanda hakimiyyət xalq birliyi vardır. Hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib. Ordumuz müasirləşib, verilən əmr və göstərişləri vaxtında ləyaqətlə yerinə yetirir. Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. Məhz mübariz ordumuzun, qalibiyyətli Azərbaycan əsgərinin sayəsində biz otuz ilə yaxın bir müddətdə işğal altında olan doğma Qarabağımızı yağı tapdağından azad etdik. Bizə bu sevinci qismət edən Ali Baş Komandanımızın ağıllı, təmkinli, yerində verdiyi qərarları oldu. 44 günlük Vətən müharibəsində dilindən, dinindən, peşəsindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Onların hər biri nə etdisə, Vətən üçün etdi, yaşadıqları torpağa vurğunluğundan, Vətənə məhəbbət hissindən etdi. Məhz Azərbaycan Milli Ordusunun dəmir iradəsi sayəsində Azərbaycan gücünü dosta da, düşmənə də göstərdi.
Təbii ki, azadlıq qansız ötüşmür. Bu müharibədə şəhid olan da, qazi olan da oldu. Torpaq şəhid qanıyla suvarılaraq Vətən oldu. Azad, müstəqil oldu. Biz bu gün hammılıqla Şəhidlərimizə borcluyuq, Şəhidlər torpağa deyil, ürəklərə tapşırılan sevgidir. Azərbaycanın bu günkü nəsli də, gələcək nəsilləri də şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub,bundan sonra da örnək olacaqdır. Şəhidlərimiz Vətənini sevdi,bu sevgi müqəddəs sevgidir,bu sevgi sipərə dönən sinədir, bu sevgi Vətən yolunda qurban verilən “can”dır. Şəhidlərin ölməz,ruhu yaddaşlarda, əqidələrdə əbədi yaşayarlar. Allah xalqımızı,millətimizi qorusun,birliyimiz sarsılmasın.
ODUR TARİXLƏRƏ ZƏFƏR YAŞADAN
Əhsən bu qurura,əhsən hökmünə.
Necədə bağlıdır insan kökünə
İlahi şükürlər olsun bu günə
Odur tarixlərə zəfər yaşadan !
Nə cəfalar çəkdi xalqım bu illər
Heç gülmədı açılmadı könüllər
Şanlı tarix yazdı,ordum bu günlər
Odur tarixlərə zəfər yaşadan !
Tarixə rəng qatdı qurduğu ordu
Əzmlə,hünərlə önündə durdu.
Mənfur düşmənlərə O,qan uddurdu
Odur tarixlərə zəfər yaşadan !
Qəbul etməsələrdə doğrunu ,
Qova bildi O, oğrunu.
Dünyaya yönəltdi sorğunu
Odur tarixlərə zəfər yaşadan !
Eşitdik qələbə sorağımızı,
Nəşəli, sevincli növrağımızı
Qaldırdı göylərə bayrağımızı,
Odur tarixlərə zəfər yaşadan !
Azad oldu Cəbrayılım,Füzulim
Şəhri-şərifanım Zəngilan elim.
Şəhid sədasına susmadı dilim
Odur tarixlərə zəfər yaşadan!
Vətənlə bir tutdu müqəddəs qanı
Aldı Qarabagı, aldı Şuşanı.
Söyləyin dünyada ona tay hanı?!
Odur tarixlərə zəfər yaşadan !
Məcidova Leyla Qadir qızı
Tar.ü.f.d. Lənkəran Dövlət Universiteti.