Oğlumuzu şəhid dedik doğulandan vətənə, Heç olmasa, muğayat ol qızımızdan, ilahi

Mirbağır Bünyatov

Ömür də yaşamadım,
Bir qızın saçı boyda..
O gün şəklini gördüm,
Bir az böyük düşmüsən;
” Çəkdiyim acı boyda ”

Yenə düşdüm bu yerdə,
Mən dilə – dişə qaldım.
Dizlərimin altında,
Bir ovuc şüşə qaldın…
Babamın yaddaşında,
Qaldım, həmişə qaldım
Mən əl ağacı boyda…

Çox da böyümədim heç,
Açığı istəmədim..
– İnsan nə boyda olar?!
– Uzağı içi boyda…

Ordan bir öpüş göndər,
Çox böyük istəmirəm,
Burnunun ucu boyda….

******

Nağıl qəhrəmanlarımız divləndilər, getdilər!
İçdik, süfrə dostlarımız kefləndilər, getdilər!
Sevdiyimiz qızlar bir – bir evləndilər, getdilər,
Yolların tozu getmədi gözümüzdən, ilahi!

Bircə daş qoya bilmədik dağılandan vətənə.
Xəzər də yiyə durmadı boğulandan vətənə.
Oğlumuzu şəhid dedik doğulandan vətənə,
Heç olmasa, muğayat ol qızımızdan, ilahi!

Daşın nə ağırdı belə, a vətənə daş qoyan!?
Əlindəki lələk nədir, ay qəfəsin boş qoyan?!
Bu yaralı dizimizə kimdi axı baş qoyan,
Kimin başı salamatdı dizimizdən, ilahi?!

Minimizi öyrəndilər, birimizi bilən yox!
Ölümüzə sevindilər, dirimizi bilən yox!
Hə noolsun, hə noolsun yerimizi bilən yox,
Mən yenə də narahatam özümüzdən, ilahi!

Saatlarla əllərimi

yumurdum ki, birdən qoxusu gedər…

Sənə yol gəlirəm axşam tərəfi,
Çıxmışam şəhərə kəndimin üstən.
Elə yorulmuşam çay qoy, gəlincə
Bir az zəhər çilə qəndimin üstə.

Bir az zəhər çilə, olum canımdan,
Canım havalanıb çıxsın yanından.
Elə üşüyürəm ayaqlarımdan,
Gəl gedib oturaq təndirin üstə.

Sənin əllərindən ölüm də xoşdu,
Mən də bir dərvişəm, nə desən boşdu.
Üstümə geydiyim ömür də yaşdı,
Götür as qurusun kəndirin üstə.

Sənə yol gəlirəm axşam tərəfi…

 

Share: