Oğlunu atdı, bacısının rəfiqəsini aldatdı, Atatürkdən əfv dilədi…

  Nazim Hikmət haqqında inanılmaz faktlar

Bu gün türk dünyasının böyük şairi Nazim Hikmətin anım günüdür. Kulis.az bu münasbiətlə şair haqqında marqlı faktları təqdim edir.

1. Nazim Hikmətin anası Cəlilə xanım rəsmlə məşğul idi. Onun dövrün tanınmış şairi Yahya Kamalla sevgili olduğunu bilən Nazim Hikmət evdən qaçaq düşür və Yahya Kamala belə bir məktub yazır: “Müəllimim olaraq girdiyiniz evə atam kimi girə bilməzsiniz”.

2. Onun qadınlarla münasibəti çox məşhurdur. Birini deyək… Bacısının dul rəfiqəsi Pirayə ilə evli idi, həbsdən məktublaşırdılar. Günlərin birində dayısı qızı Münəvvər onu ziyarətə gəlir və Nazim qadına aşiq olur. Pirayəni isə atır…

1935 yılında evlenip, kimseye haber vermeden İstanbul'a yerleştiler.

3. Nazim Hikmət həbsdən canını qurtarır, lakin türk hökuməti şairi əsgərliyə çağırır. Bu çağırışın yaxşı olmayacağını qabaqcadan hiss edən şair Moskvaya qaçır. Münəvvəri və oğlu Mehmeti Türkiyədə təkbaşına qoyur, özü isə başqa qadınlara yelkən açır.

4. O qadınlardan biri Qalina idi. Nazimlə xəstəxanada tanış olurlar. Sonra isə yavaş-yavaş bu eşq solmağa başlayır. Sən demə, “mavi gözlü dev” başqa bir qadına aşiq olubmuş. Bu Vera Tulyakova idi. Qalina həqiqəti öyrənəndə heç nə demir və Nazimin o qadına getməyini bağışlayır. Səbəb isə Nazim Hikmətin Veranı sevəndən sonra yaxşı şeirlər yazmasıydı.

hikmet14. Galina

5. Vera Tulyakovanı sevmək şair üçün ağır idi. Bundan əvvəl infarkt keçirmişdi və bu həyəcan onu öldürə bilərdi. Həkim “sevsən 3 il, sevməsən 10 il yaşayacaqsan” demişdi. Dostlarına bunu danışanda məşhur “Alıx roz” şeirinin müəllifi Andrey Voznesenski “Nazım, sevərək 3 il yaşamağı seç” demişdi. Və həqiqətən də Nazim Hikmət Vera ilə birlikdə 3 il 4 ay yaşadı.

hikmet16. Son Kadın Saman Sarısı

6. Ayrılıqlarını onlarla şeir həsr etdiyi Münəvvərlə Mehmet onunla görüşmək üçün sosialist şəhəri Varşavaya gəlir, Nazim bu görüşə gəlsə onların yanında qalmır, oğlunu da, Münəvvəri də atıb Veranın yanına qayıdır. Oğlu bu hərəkəti ona ömür boyu bağışlamır.

Image result for münevverle mehmet nazım

7. Qəribə faktlardan biri odur ki, Nazim Hikmətin həyatında böyük rol oynamış üç qadın – Qalina, Vera və Münəvvər dəfni zamanı bir araya gəlmişdilər. Üçü də yanaşı duraraq Nazimin qəbrinə baxıb həzin-həzin ağlayırdılar.

Image result for nazımın mezarı

8. Nazim Hikmət təkrar Moskvaya qayıdanda dəhşətli həqiqətlərlə rastlaşmışdı. Repressiyalar, qadağalar və s. Yazıçılar İttifaqında şairin gəlişi ilə bağlı böyük qonaqlıq təşkil olunmuşdu. O zaman Nazim Hikmət ayağa durub repressiyalardan danışmış və əlavə etmişdi: “Bütün bunları yoldaş Stalinə deyəcəm”. Həmin an Yazıçılar İttifaqına ölü sükutu çökmüşdü…

Image result for nazim hikmet ve münevver

9. 28 il həbs cəzası almış, onun 12 ilini yatmışdı. Deyilənə görə, həbsdə su işgəncəsinə məruz qalmışdı və buna görə travma almışdı. Ömrünün sonuna qədər bədəninə su vurmamış, çimə bilməmişdi. Bədənini ətirlə təmizləyirdi.

Related image

10. Moskvaya ikinci səfər gəldiyində pasport problemi yaşamışdı. Onu Trotski tərəfdarı olduğu üçün Türkiyə Kommunist Partiyasından uzaqlaşdırmışdılar. Nazim Hikmət bu səbəbdən dolayı uzun müddət SSRİ-də pasportsuz yaşamışdı.

Image result for nazim hikmet moskovoda

11. Atatürkə əfv olunmağı ilə bağlı məktub ünvanlayır. Həmin vaxtlar prezident xəstə yatağında olduğu üçün məsələni köməkçisinin həll etməsini tapşırır. Ancaq sonra söhbət öz həllini tapmır…

Image result for nazim hikmet ve atatürk

12. Öldüyü gün əlində oxucularının məktubları və səhər qəzeti var idi. Vera onun qapının ağzında yerə yıxıldığını görüb rəfiqəsinə zəng vurmuş və nə edəcəyini bilməmişdi.

Image result for nazim hikmet ve vera

Kulis.az

Share: