Oğlunun üzübağlı fotosunu paylaşdı, müzakirələrə səbəb oldu

Oğlunun üzübağlı fotosunu paylaşdı, müzakirələrə səbəb oldu

Türkiyənin məşhur cütlüyü – aktyor Burak Özçivit və aktrisa Fahriye Evcen ilk övladlarının doğum gününü qeyd ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkə hesabında paylaşım edib.

Övladları və həyat yoldaşı ilə birlikdə ailə fotolarını paylaşan aktrisa “4 yaşın mübarək olsun, ürəyim” şərhini də yazıb.

Fahriyenin paylaşdığı fotolar diqqət çəkib. Belə ki, yanvar ayında dünyaya gələn ikinci oğlu Kərəmi də qucağında saxlayan aktrisa şəkildə onun üzünü ürək smayliki ilə bağlayıb. Aktrisanın bu addımı birmənalı qarşılanıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, 2017-ci ildə evlənən cütlüyün 2019-cu ildə Karan, 2023-cü ildə isə Kerem adlı övladları dünyaya gəlib.


Share: