Oğurlanan texaslı körpə 51 il sonra tapıldı — Foto

Oğurlanan texaslı körpə 51 il sonra tapıldı — Foto

51 il əvvəl oğurlanan körpəni ailəsi tapıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Melissa Highsmith 1971-ci ildə Cənubi Karolinada oğurlanıb.

Ailəsinin sözlərinə görə, Melissanı dayəsi oğurlayıb.

Belə ki, uşağın anası işlədiyi üçün onu dayə saxlamalı olub. Melissanın 1 yaşı olanda isə körpəni dayəsi qaçırır.

Ailə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, 51 il Melissadan xəbər ala bilməyiblər.

Bu ilin sentyabr ayında Melissanın Çarlston ətrafında olması barədə anonim məlumat yayılır.

DNT testi ilə Melisanın üzərindəki doğum ləkəsindən onun həqiqətən də 51 il əvvəl oğurlanan qız olduğu təsdiqlənir.

Hazırda Melissa qardaşı, bacıları və valideyni ilə birlikdə yaşayır.


Share: