Ohanesyan: Erməni xalqı qazaxlara nifrət edir…

Ohanesyan: Erməni xalqı qazaxlara nifrət edir…

Rəsmi İrəvan Qazaxısana kömək məqsədi ilə hərbçi göndərir, erməni xalqı isə qazaxlara nifrət edir. Çünki qazaxlar hər zaman qardaş bildikləri Azərbaycan və Türkiyənin tərəfində olublar.

Müstəqil.az xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Samvel Ohanesyan deyib.

“Biz kölə kimi Rusiya nə deyirsə, onu da edirik – bəzən bu bizim milli maraqlarımıza zidd olsa belə. Qazaxlar və rəsmi Nur-Sultan həmişə Azərbaycanı dəstəkləyib, erməniləri “aqressor” adlandırıb. Biz isə qazaxlara kömək edirik? Onlara kömək deyil, zərbə endirməliyik”, – deyə Ohanesyan qeyd edib.

Müstəqil.az

Share: