Ermənistan sabiq müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyan yaralanıb.
Müstəqil.az xəbər verir ki, bu barədə erməni mediasına açıqlamasında Ohanyanın vəkili karen mejlumyan deyib.
O bildirib ki, Artur hazırda Dağlıq Qarabağdakı xəstəxanalardan birində müalicə alır.
Onun vəziyyətinin ağır olub-olmadığı, nə vaxt yaralandığı barədə açıqlama verilməyib.
Qeyd edək ki, general-polkovnik Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.