Okeanlar barədə maraqlı faktlar

Okeanlar barədə maraqlı faktlar

Dünyanın ən uzun dağ “zənciri” okean dibində yerləşir. Atlantik okeanın mərkəzindən keçən bu dağ silsiləsinin uzunluğu təxminən 40 min kilometr təşkil edir. Onun üzərində Alp dağları zirvəsindən hündür dağ zirvələri mövcuddur.

Planetimizdə oksigenin böyük hissəsini okeanda yaşayan mikroskopik canlılar- fitoplanktonlar istehsal edir.

Bəzi su yosunlarından tibb aləmində yod alırlar. Bəzən su yosunları elə nəhəng və möhkəm olur ki, ondan kanat və yaxud kəndir düzəldirlər. Qırmızı rəngli su yosunları vardır ki , onlar suda çox olduqda hətta suyun rəngin belə dəyişməyə, qırmızıya çalmağa məcbur edir.

Okeanın orta dərinliyi 3.8 kilometr təşkil edir. İşıq yalnız 100 metr dərinliyə nüfuz edə bilər, bu səbəbdən planetimizin böyük hissəsi daim qaranlıqdadır.

Bir millilitr okean suyunda 1 milyon bakteriya və 10 milyon virus var. Onların böyük əksəriyyəti zərərsizdir.

Ekspertlərin düşüncəsinə əsasən, okeanlarda hələ də təxminən 20 milyon ton qızıl mövcuddur.

Okean dibində planetin bütün muzeylərindəki tarixi abidələrdən daha çox artefakt var.

ABŞ ərazisinin 50%-i okean səviyyəsindən aşağıda yerləşir.

Okean dibinin altı kilometr hündürlüyündə dərin qatı dəniz heyvanlarının sümüklərindən, bitki qalıqlarından, vulkan külündən ibarətdir. Bu qat «qırmızı palçıq» adlanır.

Köpək balıqlarının bütün növlərinin 99%-i öldürülüb və ya nəsli tükənib.

Müstəqil.Az

Share: