Oksford Universitetinin tədqiqatçısı Coşua Bullun Belçika yığmasının dünya çempionatının finalına çıxacağı ilə bağlı proqnozu böyük müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, “qırmızı şeytanlar”ın qrupda qalmasından sonra Bull tənqid hədəfinə çevrilib.
Universitet çempionatla bağlı proqnozu mundial başlamazdan əvvəl paylaşsa da, 2 gün öncə Roberto Martinezin komandasının Xorvatiyanı uda bilməyib qrupda qalmasından sonra bu mövzu gündəmə gəlib.
Bundan başqa İran, Danimarka, Almaniya, Ekvador və Meksikanın da 1/8 finala çıxacağı ilə bağlı proqnozlar yanlış çıxıb.