Oktyabrın 1-dən iri ticarət obyektləri, noyabrın 1-dən isə şadlıq sarayları…

“Avqust ayı sona yaxınlaşdıqca, ən çox soruşulan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması və eləcə də sentyabrdan xidmət və icitmai iaşə obyektlərinin fəaliyyətinin davam etməsi ilə bağlıdır. Epidomoloji vəziyyətdən asılı olaraq növbəti qərarların veriləcəyi gözlənilsə də, iqtisadiyyyatın mərhələli açılımının davam etdirilməsi daha məqsədəuyğundur”.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatı da artıq karantin tədbrlərinin tətbiqini məqsədəuyğun hesab etmir:

“İqtisadi və sosial faktorları nəzərə alsaq, Azərbaycanda da yenidən sərt karantınin tətbiq edilməsi arzuolunan deyil. Əksinə, daha yaxşı olar ki, xidmət və ictimai iaşə sektorunda fəaliyyət miqyası genişlənsin. Payız mövsümünün yaxınlaşdığını nəzərə alsaq, yalnız açıq havada deyil, eyni zamanda qapalı məkanlarda da fəaliyyətə icaizə verilməsi məqsədəuyğundur.

Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 81.5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçı var.

Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Öndə qeyd etdiyimiz Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi və onlara nəzarət və əməl edilməsi vacibdir.

Ona görə təklif edirik ki, meyarları hazırlayıb tətbiq etməklə sentyabrın 15-dən etibarən qapalı məkanlarda yerləşən kafe və restoranlarda, oktyabrın 1-dən iri ticarət obyektlərində, noyabrın 1-dən isə yeni standartlar ilə şadlıq saraylarında fəaliyyətə icazə verilsin.

Aydındır ki, bu təklifin reallaşması üçün həm meyarların gözlənilməsinə nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyimizə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.

Share: