“Ölən hərbçilərimiz arasında azərbaycanlıların olmasından məlumatsızıq”

“Ölən hərbçilərimiz arasında azərbaycanlıların olmasından məlumatsızıq”

“Ölən hərbçilərimiz arasında azərbaycanlıların olmasından məlumatsızıq”

Qəzza zolağında HAMAS-la döyüşlərdə həlak olanlar arasında SSRİ-dən olan mühacir soyadlı İsrail əsgərləri də var.

xəbər verir ki, bu barədə TASS-a İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bildirib.

Eyni zamanda o, ölən döyüşçülər arasında Rusiya vətəndaşlığı olan israillilərin olub-olmadığını bilmədiyini bildirib.

“İnsanlar rus olduqlarına görə orduya çağırılmırlar. Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Azərbaycan, ABŞ və ya Fransa vətəndaşlığının kimdə olması barədə heç bir məlumatımız yoxdur. Sadəcə olaraq deyə bilərəm ki, həlak olanalar arasında Sovet ölkələrindən olan adlar var. Onların Rusiyadan olduğunu deyə bilmərəm”, – deyə o bildirib.

Eyni zamanda o, israillilərin başqa vətəndaşlığı olub-olmamasından asılı olmayaraq, 18 yaşında hərbi xidmət keçmə vaxtı çatdığı təqdirdə orduya çağırıldığına diqqət çəkib.

Share: