“OLAYLAR”-ın 27 yaşı tamam olur – TƏBRİK

“OLAYLAR”-ın 27 yaşı tamam olur – TƏBRİK

Azərbaycan KİV sırasınba özünün sözü, siması ilə tanınan, seçilən, sevilən, oxunan mətbu orqanlarından olan  “OLAYLAR”-ın 27 yaşı tamam olur.

Düz 27 il bundan öncə, 24 aprel 1995-ci ildə müstəqil Azərbaycan mətbuatında yeni bir ad, yeni bir imza ilə görünən “Olaylar” qəzetinin bu gün baş ucalığı ilə imzalar içərisində imzası olmasını deyə bilər.
“OLAYLAR”ın missiyasını iki sütunda, yığcam şəkildə belə ifadə olunur:
Dövlətçilik, milli birlik, inkişaf;
Bütöv Azərbaycan, Türk dunyası,
Ədalətli dünya birliyi (Cahan hakimiyyəti).
Əminliklə demək olar ki, ideyalarına sadiqdir. Qəzetin bütün yaradıcı kollektivini, başda dostumuz, tanınmış yazıçı, siyasət adamı Yunus Oğuz olmaqla ürəkdən təbrik edirəm.
Bu il Qafqazın mirvarisi, gözəl Şuşamızn 270 illiyidir, Mütləq   “OLAYLAR” da 270 nyaşını qeyd edəcək!
Təbrik edirik!
Hörmətlə: Müstyəqil.Az-ın yaradıcı kollektivi adından Faiq  BALABƏYLİ
Share: