Paraqvayda yanmış halda cəsədi tapılan gənc öz adına keçirilən dəfn mərasimində birdən-birə ortaya çıxıb. Ailəsi başda olmaqla mərasimdə iştirak edənlər vəziyyət qarşısında böyük şok yaşayıblar.
Moderator.az xəbər verir ki, narkotik satışı ilə məşğul olan adamların nəzarətində olan ərazidə yanmış kişi cəsədi tapılıb. Polis ailəyə yanmış cəsədin iki həftə əvvəl itkin düşən 20 yaşlı gənc oğulları olduğunu deyib.
Yanmış cəsədin kimə məxsus olduğunu tapmaq üçün polis istintaq başlayarkən ailəsi və dostları gəncin dəfnində birdən-birə ortaya çıxmasını özlərinə qarşı bir oyun olduğunu bildiriblər.
Ailənin dəfn etdiyi cənazənin kimə məxsus olduğu müəyyən edilməyib. Gəncin yaxınlarının onun geri qayıtdığı üçün sevindikləri, ancaq eyni zamanda da qəzəbli olduqları öyrənilib.
Kamran