Rejissor Əli-Səttar Quliyevin “Olimpia” filmi “Azərbaycan” CinemaPlus-da nümayiş olunacaq.
Kulis.az xəbər verir ki, filmin nümayişi bu gün 19:00-da baş tutacaq. Giriş sərbəstdir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasının ekranlaşdırdığı film melodram janrındadır.
Filmin ssenari müəllifi Rüstəm Babazadə, təsvir rejissoru Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Arif Niftiyev, bəstəkarı Roman Şulqa, icraçı prodüseri Tərlan Babayev, səs rejissoru isə Teymur Kərimovdur.
Rollarda Qurban İsmayılov, Kəmalə Israfilova, Vidadi Həsənov, Mabud Məhərrəmov, Hacı İsmayılov, Rasim Cəfər, Günel Məmmədova, Azər Aydəmir, Vüsal Hacıqədir və Şamil Süleymanov çəkiliblər.