Ölkədə iş yerlərinin yarısını robotlar tutacaq – HESABAT…

“Bu, qısa müddətdə ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək…”
Qazaxıstanda yaxın müddətdə iş yerlərinin 46% -i robotlaşdırma nəticəsində ixtisar edilməyə məhkumdur.
Moderator.az Rusiya mediasına istinadla yazır ki,  bu nəticə Oksford Məktəbinin hesabatında açıqlanıb. Qazaxıstanda avtomatlaşdırma daha çox neft-qaz və dağ- mədən sənayesində özünü göstərəcək.
Bundan əlavə, maşınqayırma sənayesi, loqistika və saxlama(anbara yığma) sahələrində də insanların təxminən yarısını robotlar əvəzləyəcək. Eləcə də  pərakəndə ticarət də qismən avtomatlaşdırılacaq.
Hesabatda qeyd edilir ki, iş yerlərinin azalması qısa müddətdə ölkənin iqtisadiyyatına mənfi təsir göstərəcək.

Share: