Ölkədə Aparılan İqtisadi, Sosial və Kadr İslahatları
”Səlis Jurnalist” müsabiqəsində iştirak etmək üçün
Bir müddətdir ki, ölkədə ciddi islahatlar aparılır. Ötən ilin mart ayında ölkədə ediləcək islahatlardan bəhs edən cənab Prezident Əliyevin dediklərini də xatırlayaq. Cənab Əliyev açıqlamasına islahatlara alternativ olmadığını və islahatların daha da dərinləşəcəyini göstərərək başladı. Bütün sahələrdə, xüsusən də siyasi, iqtisadi, məhkəmə, hüquq, təhsil və səhiyyə sahələrində islahatların aparılacağını söylədi və eyni günlərdə bunun reallaşdırılması üçün tapşırıqlar verdi. Azərbaycanın yeni bir dövrə qədəm qoyduğunu, ölkəmizin yeniləşəcəyini, güclənəcəyini və modernləşəcəyini qeyd edən cənab Prezident, daha dərin və milli bir dövlət qurduğumuzu bildirərək aşağıdakı fikirləri ifadə etdi: ”Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdı, lakin bu, qazandığımız uğurlardan məmnun olacağımızı bildirmir. Uğurumuz bizi gələcəyə daha nikbin baxmağa sövq edir.”
İslahat qərarını elan etdiyini söyləyən cənab Prezident, ” 2019-cu ili də uğurla başa vuracaqlarını bildirdi. Azərbaycan bundan sonra yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial rifahı ildən-ilə daha da yaxşılaşacaqdır. ”
*
28 Noyabr 2019-cu ildə Azərbaycanın ən böyük islahat xəbərçisi yalnız milli gündəmdə deyil, dünya gündəminə bomba kimi düşdü. Güman etdiyiniz kimi. Yeni Azərbaycan Partiyası (YAP) rəhbərliyi məhz, gənclərə yol açmaq üçün parlamenti buraxdı. Milli Məclisi cavanlaşdırmaq və daha da dinamik etmək üçün yenidən seçkilərin keçiriləcəyi bildirildi. Partiyanın baş katibi Əli Əhmədov parlamentin buraxılması ilə bağlı açıqlamasında həm Prezidentin islahatları, həm də ixtisaslı və yaxşı təchiz olunmuş gənclər haqqında danışdı. Milli Məclisin buraxılması ilə Prezidentimizin islahatlara nə qədər ciddi yanaşdığını gördük.
YAP-ın baş katibi Əli Əhmədovun açıqlamasını xatırlayaq. Gənclərimizlə fəxr edirik söyləyən, Əhmədov dedi:
“İslahatların ön cəbhəsində bir çox vacib səbəb var. Azərbaycanda təhsilli və savadlı çağdaş gənc nəsil formalaşır. Hesab edirəm ki, bu gənc nəsil Azərbaycanın gələcək inkişafına böyük töhfə verəcəkdir. ”
*
Cənab Əliyevin dediyi kimi, 2019-cu ili böyük bir sıçrayışla uğurla başa vururuq. Milli Məclisin buraxılması gənclərə yol açacaq bir islahat olmaqla yanaşı, 2019-cu ilin ən böyük uğurudur.
Cənab İlham Əliyev başda olmaqla islahatlardakı səylərinə görə böyüklərimi də təbrik etmək istərdim. Daha da inamla böyüyən və irəliləyən Azərbaycan yalnız islahatlar yolu ilə daha parlaq gələcəkdə yol alacaqdır..
İnanırıq ki, siyasi islahatlar iqtisadi və sosial sahələrdə aparılacaq, yaxşı islahatların qarantıdır.
Gənclərimizin dövlətimizin idarəçiliyində olmalarına ehtiyac var. Yaşadığımız dövr dinamik bir dövrdür və bir çox sahələrdə dinamik gəncliyə ehtiyac var. Bu ehtiyac artıq Prezidentimiz tərəfindən qarşılanmışdır. Xüsusilə, dövlətimizin təbliğində və xarici işlərində gənclərin iştirakı məcburi hala gəldi.
Yenə də cənab Prezidentin gənclərə verdiyi açıqlamanı xatırlatmaq istərdim. Prezidentimiz deyir ki; ”Gənclərə deyirəm; Mən sizinləyəm, hamınızı dəstəkləyirəm. Bu gün dəstəkləyirəm və gələcəkdə də edəcəyəm. ”
Parlamentimizdə gənc deputatların olması gənc əhalisi olan Azərbaycana böyük töhfə verəcəkdir. Bu gənc millət vəkilləri parlamentdə olarkən, digər tərəfdən küçələrə çıxıb gənclərin arasında olmalı, onlara qaynayıb qarışmalı, onları dinləməli və daha yaxşı bir dövlət üçün parlamentdə gənclərin səsinə çevrilməlidirlər..
*
Yeni islahatlarla yanaşı, Azərbaycanın izləyəcəyi yollarından biri də iqtisadiyyatdan keçir.Yaxşı iqtisadiyyat ölkəmizi daha da gücləndirəcəkdir. Keçmiş SSRİ ölkələri kimi biz də çox çətinliklər yaşamışıq. Kommunizmdən sərbəst bazara keçmək asan deyildi. Yaxşı iqtisadiyyat ölkəmizi daha da gücləndirəcəkdir.
Keçmiş SSRİ ölkələri kimi biz də çox çətinliklər yaşamışıq.
Bunun üzərine torpaqlarımızın ermənilər tərəfindən işğalı da var. Bir ölkə olaraq çox ağır bir vaxt keçirdik. 90-cı illərdə həm ermənilər, həm də iqtisadiyyatla məşğul olduq. İşğal altında olan Qarabağda davamız davam edir ve torpaqlarımız azad olanadək davam edəcəkdir.
İqtisadiyyat haqqında bir az danışmaq istəyirəm. Biz tam olaraq Avrasiyanın mərkəzindəyik. Bəzilərinin Avrasiya ilə bağlı dediklərinin heç bir əhəmiyyəti yoxdur. Qeyd etdiyim Avrasiyaçılıq məsələsi.. Bəzi xarici qüvvələrin nəzarəti altında dedikləri Avrasiyaçılıqdan bəhs edirəm. Onların nə dediklərinə və nə etməyə çalışdıqlarıda əhəmiyyətsizdir..
Azərbaycan Respublikası olaraq Avrasiyanın mərkəzindəyik. Bundan əlavə, düz mərkəzindəyik. Bəziləri deyirlər ki, Avrasiya dünyanın kiçik bir hissəsi deyil. Əksinə, dünyanın düz mərkəzindəyik. Dünya xəritəsini tam görmək üçün İnternetə daxil olun. Avrasiyanın dünyanın mərkəzində olduğunu görəcəksiniz. Coğrafi ərazimiz bizim üçün tam əlverişli bir şansdır. İqtisadiyyat baxımından, Azərbaycan vasitəsilə milyonlarla insanın torpaqlarına möhtəşəm bir giriş edilə bilər. Asiyanın limanı ola bilərik. Bu liman zəruri bir limandır.
Şimaldakı bütün ölkələrin, o cümlədən Rusiyanın da tədarükçüsü ola bilərik. Bu sahədə iqtisadi tədqiqatlar da aparıla bilər. Paketinə toxunmadan məhsulları xaricdən alıb asanlıqla başqa bir ölkəyə sata bilərik. Şimaldakı ölkələrimizin istehsal etdiklərini qərbdə bazarına çıxara bilərik.
Bunu çox asanlıqla edə bilərik. Bildiyiniz kimi, Bakı – Tbilisi – Ankara yük qatar səfərləri də işə başladı. Buna Çindən gələn qatarı da əlavə edə bilərik. Çox böyük bir nermət və şansla qarşı qarşıyayıq. Sadəcə birazca hərəkət etməliyik.
Bundan əlavə, İqtisadiyyat daxilində olan turizmə də laqeyd yanaşmamalıyıq. Unutmamalıyıq ki, Tüstülənən bir bacası olan sənayedir turizm sanki.. Qafqazın ən gözəl bölgəsində olan Azərbaycanda turizm üçün, ən azından Türkiyədən daha çox turist axınının olması üçün xüsusi işlər görülməlidir.
Ölkəmiz ən qədim yaşayış məskənlərindən biri olduğundan qərbdəki insanların diqqətini çəkməliyik. Buraya turistləri cəlb etmək üçün xüsusən də Sosial mediada və İnternetdə çoxdilli işlərə cəmləşməliyik. Turizm üçün ölkəmizin dağından, daşından və torpağından yaxşı istifadə etməliyik. Turizmin vacib olduğunu söylədiyimizdə, esasən lüks otellərə ehtiyac vardır deyə nəzərdə tutmuruq əslində.
Bəzi tarixi binalar bərpa olunmalı və otellərə çevrilməlidir, köhnə adət-ənənələrimizin izlərini daşıyan kənd yerlərində motel-otel tipli yaşayış yerləri qurmalıyıq. Və ya artıq mövcud olan kənd evləri bizim işimizi də görə bilər.
*
Tövsiyələrimin nəzərə alınmasını diləyirəm və deyirəm; Gələcəkdə Azərbaycan dünyanın ilk 10 ölkəsi arasında olacaq…!
Ülkər Piriyeva
(Araştırmaçı-Jurnalist)
Müstəqil.Az