“Ölkədə hüquqşünaslar ehtiyacdan çox, aqronomlar isə azdır”

“Ölkədə hüquqşünaslar ehtiyacdan çox, aqronomlar isə azdır”

“Ölkədə universitetlər ehtiyacdan çox sayda hüquqşünas yetişdirir. Amma aqronom sayımız ehtiyaclarımızdan daha azdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Təhsilin İnkişafı Forumunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir çıxışı zamanı bildirib ki, bu gün bir çox universitetlərin öndə gedən tələbələrini məmnuniyyətlə işə götürülür:

“Çünki hamı mütəxəssis axtarır. Özəl sektor da həmin şəxslərə ehtiyac duyur. Ancaq bu gün ölkədə ali təhsil müəssisələri ehtiyacdan çox sayda hüquqşünas yetişdirilir. Amma ehtiyac duyulan aqronom yetişdirilmir. Misal olaraq, bu gün bir sıra hüquqşünaslarımız aqronomlardan aşağı əməkhaqqı alır. Yaxud da bu gün 25 manatdan aşağı iş görən ağac budayan birini tapmaq olmur.

Bu o deməkdir ki, həmin şəxs 6 günlük iş həftəsi üzrə ay sonu təxminən 700-800 manat gəlir əldə edir. Bir çox ali təhsilli şəxs isə həmin əməkhaqqını ala bilmir. Tələblərin hamısını işəgötürənlərdən istəyirik. Bu gün işlə təminat məsələsindəki əhatə dairəsi heç də arzuedilən kimi əmək bazarına girən 100 faiz vətəndaşı əhatə etmir. Qarşımızda duran ən böyük çağırış da budur. Əhatə dairəmizi artırmağı qarşımıza hədəf qoymuşuq”.

Lamiyə Məmmədova

 


Share: