Tanınmış ictimai – siyasi xadim, Tarix elmləri doktoru, professor, Prezidentin Sabiq köməkçisi özünün feysbuk səhəfəsindəki divarında bayram təbriki paylaşıb.
Təbrikdə deyilir: “Dəyərli səhifə izləyiciləri, əziz dostlar, hörmətli soydaşlar! Hər birinizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycanda milli birlik, bütün ölkə vətəndaşlarının, daxili içtimai və siyasi qüvvələrin, milli elitanın, xarici ölkələrdə yaşayan həmvətənlərin öz dövləti ətrafında birləşdirilməsi ideyasının təməlini 1993-cü ildə ümummilli Liderimiz Heydər Əliyev qoymuşdur. Lakin bütün dövrlərdə milli birlik, xalqımızın, soydaşlarımızın və qəlbi Doğma Vətənlə döyünən hər bir azərbaycanlının öz dövləti, dövlətçiliyi, milli ordusu və Silahlı Qüvvələrin Ali Baş Komandanı- ölkə Prezidenti ətrafında bu qədər monolit və sıx birliyi indiyə qədər heç zaman belə möhkəm olmamışdır.
Hazırda ölkəmizdə MİLLİ BİRLİYƏ və MİLLİ HƏMRƏYLİYƏ söykənərək hər şeyə nail olmaq, hətta həlli ən çətin hesab olunan problemlərin öhdəsindən gəlmək olar! Bu möhtəşəm birliyin nəticəsi olaraq Müzəffər Ordumuz 2020-ci ildə Qarabağımızı-27 ildir düşmən tapdağında inləyən torpaqlarımızı azad etdi, xalqımızı öz qalib və qəhəman ruhuna qovuşdirdu. Bu birlik hər bir soydaşımızda Azərbaycan xalqının və dövlətinin iradəsinə, gücünə, sarsılmazlığına və işıqlı gələcəyinə böyük inam yaradır. Xalqımız öz şanlı tarixinin şərəfli bir dövrünü yaşamaqdadır və bu münasibətlə hər birinizi təbrik edirəm!”
Müstəqil.Az
Müstəqil.Az