Yəmənin paytaxtı Səna şəhərində 35-dən çox gənc qız qaçırılıb.
Bu barədə Yəmən İnsan Hüquqları Təşkilatı bəyanat yayıb.
Bəyanatda qızların məktəb və küçələrdən qaçırıldığı qeyd edilib:
“Təhlükəsizlik səbəbi ilə hadisə şahidlərinin adlarını açıqlamırıq. Amma bizə məlumdur ki, son vaxtlar Sənadakı məktəb və küçələrdən 35-dən çox qız qaçırılıb. Onların harada olması haqda məlumat yoxdur”.
Bu məlumat ölkədə böyük narahatlıqla qarşılanıb. Təşkilat beynəlxalq aləmi məsələ ilə bağlı tədbir görməyə çağırıb./axar.az