Londonda 310 metr hündürlüyündəki 95 mərtəbəsi olan göydələnə kəndirsiz dırmaşan adam ətrafdakılara qorxu dolu anlar yaşadıb.
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, sözügedən şəxs səhər saatlarında Avropanın ən hündür binalarından birinə dırmaşıb. Binanın ətrafında toplanan izdiham polisə xəbər verdikdən sonra binaya dırmaşan adamın görüntülərini sosial mediada bölüşüb.
2013-cü ildə xidmətə başlayan “Shard” göydələni İtalyan memar Renzo Piano tərəfindən dizayn edilib. Hündürlüyü 309,6 metr olan göydələn Böyük Britaniya və Avropa Birliyi sərhədləri içindəki ən yüksək, Avropa qitəsinin isə beşinci ən hündür binasıdır.