Ölkənin azyaşlı yazarı – Emin Bayramlı və şeirləri…

Ölkənin azyaşlı yazarı – Emin Bayramlı və şeirləri…

Azərbaycanın ən balaca yazarı Bayramlı Emin Elşad oğlu 7 mart 2010 -cu ildə Bakı şəhərində anadan olub.

Hal hazırda Azərbaycan Respublikasının Salyan Rayonun Kərimbəyli kəndində yaşayır.Salyan Rayonunun “Həsən Şahbazov” adına Kərimbəyli kənd tam orta məktəbinin 5-ci sinif şagirdi Emin öz həmyaşıdlarından istedadı ilə seçilir.Eminin dərslərində də fəal şagird olmağı məktəbin direktoru Ramil Zeynalovun diqqətindən yayınmayıb.Bir çox tədbirlərə və məktəbin tədbirlərinə dəvət alan Emin öz istedadı ilə hər kəsin rəğbətini qazanıb. Bir çox diplomlar və fəxri fərmanlar alıb.Belə bir tədbirlərdən biri Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş məktəblərarası keçirilən şeir müsabiqəsini misal gətirmək olar.Ulu Öndərə həsr etdiyi şeirinə görə Emin qalib seçilmiş və diplomla təltif olunmuşdur.

Sin descripción disponible.

Emin kiçik akademiyanın üzvüdür, istedad və bacarığına görə hər zaman məktəbin direktoru Ramil Zeynalovun diqqət və qayğısını göməkdədir. Bir çox layihələri ilə gənclərə və istedadı olanlara dəstək olan “Günəşin Nuru” antalogiyasının rəhbəri Esmira Günəş də Eminin bu istedadınına görə ona xüsusi qayğı ilə yanaşır.

Öz verlişində onun şeirlərini dəfələrlə səsləndirdikdən sonra,tamaşaçıların xahişi ilə Emini verlişinə dəvət etmişdir. Esmira xanımın dəvəti ilə  N saylı hərbi hissədə keçirilən Vətənpərvərlər tədbirində öz maraqlı çıxışı ilə seçilən Emin Bayramlı şəxsi heyyət tərəfindən Fəxri fərmanla təltif olunmuşdur.Eminin şeiriyyata olan sevgisini yüksək dəyərləndirən şair onun şeirlərini Esmira Günəş özünün “Günəşin Nuru” antalogiyasında dərc etdirib və Şirvan Şəhərində keçirilən kitab təqdimatında Fəxri fərmanla təltif edib.

Az yaşlı məktəbli olmasına rəğmən tanınan Emin Bayramlı kiçikdən böyüyə izləyicilərin sevimlisinə çevrilib və YouTube kanallarına dəvət alıb.

İzləyicilərin sevgisini hiss edən Emin atası Elşad bəyin köməyi ilə özünün “Eminlə birgə” adlı verilişini YouTube kanalında təqdim etməyə başlayıb.Adətən öz yaşıdlarını verilişinə dəvət edən Emin burada şairlərimizdən,tarixi şəxsiyyətlərdən, tariximizdən söhbət açır. Emin öz həmyaşıdlarının maariflənməsində xüsusi rol oynayır.Gördüyü işlərdən ilhamlanan Eminin ən böyük arzusu doğulduğu yerin,doğma rayonunun, kəndinin, məktəbinin adını bütün dünyaya tanıdıb daim uca tutmaqdır. Bu balaca şair  bir çox ölkələrə dəvət alıb.Gələcəkdə dəvət aldığı ölkələri gəzib Azərbaycanı tanıtmaq niyyətindədir.

Emin Bayramlı haqqında maraqlanmaq istəyənlər onu: YouTube – Emin Bayramlı, Facebook – Emin Bayramlı, İnstaqram – em.in 1595  sosial ünvanlarda izləyə bilər. 

 

Azərbaycan Əsgəri
 
Azərbaycan Əsgəriyəm,
Əlimdə bir silah var.
Qoruyuram vətəni,
Dağılsa da dünyalar.
 
Biz söz verdik vətənə,
Namus sözü, ar sözü.
İndi sözündən dönmək,
Bizə yaraşmaz düzü.
 
Gözlə bizi Qarabağ,
Gəlir vətən bayrağı.
Azərbaycan əsgəri,
Qoruyacaq torpağı.
Mübariz İbrahimov
 
Mübariz İbrahimov
Öz canından keçibdir.
O, bu Vətən uğrunda
Müqəddəs yol seçibdir.
 
Həmin gün şəhid olub,
Onun əsgər dostları.
Ucalıb zirvələrə,
Onların da adları.
 
Fəxr edirik səninlə,
Ey bizim Şəhidimiz.
Adın düşüb dillərə
İbrahimov Mübariz.
 
 
Vətənpərvər
 
İçimdə Vətən eşqi
Vətənlə fəxr edirəm
Bayrağımdır and yerim
Çünki Vətən pərvərəm
 
Vətən mənim ürəyim,
Bu torpağa bağlıyam.
Bunu bilsin ki hər kəs,
Azərbaycan oğluyam.
Müstəqil.AZ
Share: