Olmayıb bəlkə də mən qədər sevən,
Olmayıb qədrini bir bilən qadın.
Və sən qaya adam,və sən daş adam
Və mən hislərinə yenilən qadın.
Bəlkə də hissimə çəpər çəkməli,
Bəlkə də duyğuma sədd qoymalıydım.
Bəlkə də bu qədər sevməməliydim,
Sevgimə hardasa hədd qoymalıydım…
Aypara Ayxan