Ölüm qorxusu – Kamal Səlimov

Ölüm qorxusu – Kamal Səlimov

Ölüm qorxusuna səbəb olan faktorların başında ölümün nə zaman, nə şəkildə reallaşacağı və ölüm anına istiqamətli naməlumluqlar olması gəlir. Digər qorxu səbəbləri olaraq, sevdiklərindən ayrılma, dünyada sahib olduqlarından ayrılma, ölərkən acı çəkmə, qəbiristanlıq və bədənin çürüməsi, yox olma düşüncəsi kimi faktorları saya bilərik. Araşdırma nəticələri, evlilərin subaylardan, uşaqlı olanların uşaqsızlıqdan, zənginlərin kasıblıqdan, gözəlliyə çox əhəmiyyət verənlərin verməyənlərden və sairə kimi qorxu növlərini saya bilərik.

Mənsub olduğu dinin əmr və qadağalarını bilən, lakin kifayət qədər bunları görə yaşamadığını düşünənlərin inandığı kimi yaşadığını düşünənlərdən daha yüksək ölüm qorxusuna sahib olduğunu göstərir. Özünü kafi səviyyədə dindar olaraq saymayanlar ölüm qorxularının səbəbləri isə əgər özünə səliqə-sahman vermədən ölsə, ölüm sonrasında qarşılaşacağı çətinliklər, ağrılar, cəzalar, cəhənnəm əzablarıdır. Qorxmaq insanın yaradılışının bir parçasıdır. Yerində ortaya çıxdığında təbii və insanın həyatını qoruyan əhəmiyyətli bir həyəcan növüdür. İnsanın doğumundan etibarən bütün həyatı boyunca həyatda qala bilməyi bacarmaq olduğunu bilirik. Ac qalmaqdan, susuzluqdan, xəstəlikdən, qaranlıqdan, yaralanmaqdan qorxmağımızı və bunların dərhal öhdəsindən gəlmək üçün çox çətin mübarizələr verməyimizin əsl səbəbi, bu mübarizələrdən birini itirdiyimizdə öləcəyimizi bilməmizdir.

Nəticə olaraq ölüm qorxusunun təməl bir qorxu növü olduğunu, digər qorxularımızı ölüm qorxumuzun törəmələri olduğunu söyləyə bilərik. Burda bir sual çıxır meydana; Yaxşı, ölüm qorxusunu yenmək mümkündür? Mümkündür, amma səy istəyir. Mümkün olduğunu tarixi şəxsiyyətlərə baxdığımızda görürük. Mövlana ölməyi, Sevgiliyə (Allaha) qovuşmağa səbəb olan ‘toy gecəsi (şəbi-arus)’ olaraq qiymətləndirir ki, bu da Mövlanada ölüm qorxusu olmadığını göstərir. Yaxşı, bizlər ölüm qorxusunu azaltmaq üçün nələr edə bilərik? Ölüm qorxusunu azaltmaq üçün, təmin edici bir həyat yaşamaq, ölümü tez tez düşünmək, bunu üçün xəstə ziyarətlərinə, cənazə və başsağlığı mərasimlərinə qatılmaq, qəbiristanlıqları ziyarət etmək, ölmə prosesində yaxınlarıyla maraqlanmaq, öldüyünü xəyal edərək arxasından necə xatırlanmaq istədiyini düşünmək və ona görə həyatı yaşamaq, inanclarımiza görə yaşamaq, insana faydası olan işlər etmək, ölümün mahiyyəti haqqında oxumaq, məlumatlanmaq kimi tətbiq və fəaliyyətləri sıralaya bilərik. Hal hazırdakı yaşadığımız zamanda gərginlik, stress, lazımsız tuketim, tez keçən zaman, maddi rəqabət və sairə bunun kimi yasadıqlarımız ölüm qorxusunu artıraraq müəyyən psixoloji narahatlıqları da ortalığa çıxarır.

Kamal Səlimov

Share: