Ölümcül xəstəlik səbəbilə burnunu itirib Həyatına protez burunla davam edən qadın…

İngiltərədə Jayne Hardman adlı qadın iti sayəsində burnundakı ölümcül xəstəlikdən xəbərdar olub. Əməliyyatla burnu alınan qadın həyatına protez burunla davam edir.
Moderator.az xəbər verir ki, nadir görülən bir xəstəliyə düçar olan qadın protez burnunu gecə yatarkən çıxarır. 48 yaşlı qadın hər gecə burnunu çıxarıb təmizləyir, yay aylarında isə dərisi qaraldığı üçün başqa bir buruna keçir. Yeganə probleminin asqırmaq olduğunu deyən qadın burnunu tutmasa düşmə ehtimalı olduğunu bildirib.
İtinin burnuna sıçrayıb yaralamasından sonra həkimə gedən qadın xəstəliyinin təsadüfən ortaya çıxdığını deyib.
Sifətinə burun protezini tutması üçün maqnitlər yerləşdirilən qadın burunsuz olduğu üçün insanların ondan qorxduğunu, amma protezi taxdığında kimsənin vəziyyəti anlamadığını deyib. 2 il müalicə olunduqdan sonra burnunun xilas olmasının mümkün olmadığını öyrəndikdə çox üzülən Jayne artıq bu vəziyyətə alışdığını və məhəl qoymadığını ifadə edib.
Müstəqil.Az

Share: