“OMD”də 7 aylıq körpə öldü

“OMD”də 7 aylıq körpə öldü

K.Fərəcəov adına Elmi Tıdqiqat Pediatriya Xəstəxanasında (“OMD” kimi tanınır) ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sentyabrın 6-da xəstəxanaya gətirilən 7 aylıq Ayla Qasımzadə vəfat edib. Körpədə bağırsaq keçməzliyinin olduğu və xəstəxanaya bu diaqnozla daxil olduğu bildirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Nizam Rza


Share: