Ona işgəncə verən oğlundan polisə şikayət etdi

Ona işgəncə verən oğlundan polisə şikayət etdi

Bakıda oğlu tərəfindən fiziki zorakılığa məruz qalan qadın polisə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən Qızıldaş qəsəbə sakini A.Baxşalıyeva narkotik vasitə aludəçisi olan 22 yaşlı oğlunun onu mütəmadi doydüyünü bildirib.

O qeyd edib ki, sonuncu dəfə iyulun 29-u gecə saat 02 radələrində övladı, 2000-ci il təvəllüdlü İ.Nəcəfov evdə olarkən pul tələb edərək onu bıçaqla hədələyib və döyüb: “Bütün evi dağıtdı, pula gedən əşyaları satıb. Son olaraq kondisioneri də satdı”.

Qadının müraciəti ilə bağlı araşdırma aparılır.

Nizam Rza


Share: