Türkiyədə ikinci turda keçiriləcək prezident seçkiləri zamanı daha 50 min yeni seçici səsvermə hüququna malik olacaq.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, seçkilərin keçiriləcəyi 28 may günündə onların 18 yaşı tamam olacaq.
Qeyd edək ki, dünən keçirilən prezident və parlament seçkilərində 6 milyona yaxın gənc ilk dəfə səs verib.
İstanbulda isə 1 milyona yaxın gənc ilk dəfə səsverməyə gedib.