O, Şuşada dünyaya gəlmişdi. 20 yaşında Azərbaycan Dövlət Televiziyasında diktor kimi fəaliyyətə başlayan andan xalqın sevgisini qazandı. Qarabağ hadisələrdən sonra neçə illər efirdən uzaq qaldı. Sənət adamı üçün bu ağır idi. Bu ağır illərdə Ona xalqın sevgisi dayaq oldu. İllərlə efirdə görünməsə də xalqın sevgisi azalmadı.Xalq bu sevgiylə öz sevimlisini son mənzilə yola saldı. Mən həmin gün xalqın öz sənətkarına olan möhtəşəm sevgisini duydum. Qarabağ dərdi, Şuşa həsrəti içinə hopmuşdu,ürəyinə dolmuşdu. Cismini qoruya bilmədi.Yaşaya bilmədi…
4 Avqust dünyaya gəldiyi gündü. Onu sevən hər baxışda, hər səsdə, hər ürəkdə 74 yaşı olacaq…
Göylər sonsuzdu, sonsuzluqdu.
Sən göyləri qoyub getmədin,
göylərə getdin.
Hərdən günəş olub baxacaqsan,
Hərdən ulduzları sinənə taxacaqsan.
Hərdən yağış kimi yağacaqsan,
hərdən darıxacaqsan mənim kimi.
Mən də kövrək adamam,
ağlaya bilmədim amma-
Sənin kimi…
İki gözüm var, hərəsində bir damla.
Gücüm yetincə gözlərimi açdım,
yox, dünyanı görməkçün yox,
damlalar düşməsin deyə,
kimsə görməsin deyə.
Biri geriyə-ürəyimə döndü .
biri gözümdə qaldı sənin kimi.