Razılaşmada iştirak edən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri dekabrda noyabr ayı ilə müqayisədə gündəlik neft hasilatını 60 min. barel artıraraq 35,07 mln. barelədək endirib.
Bu barədə “-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında istinadən xəbər verir.
Hesabata əsasən, alyansın kvotaları olan 18 üzv ölkəsi noyabr ayında gündəlik 35,07 mln. barel neft hasil edib, oktyabr ayında isə bu göstərici 35,01 mln. təşkil edib. Beləliklə, “OPEC+” üzrə dekabr ayında gündəlik neft hasilatı 60 min barel artıb. Dekabrda OPEK-i tərk edən Anqola statistikada nəzərə alınmır.
Qeyd olunur ki, kvota öhdəlikləri olan 18 istehsalçının ümumi gündəlik hasilatı 35,46 mln. barel gözlənilən hədəf səviyyəsindən 390 min barel aşağı olub.