Operativ Qərargahın bu qadağaları ləğv edilə bilər – VİDEO

Operativ Qərargahın bu qadağaları ləğv edilə bilər – VİDEO

Koronovirus səbəbindən bir ildən artıqdır ki, bağlı olan obyektlərin fəaliyyətinə qoyulan qadağa aradan qaldırıla bilər.

Müstəqil.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət uşaq əyləncə mərkəzləri, kinoteatrlar, hamamlar və oyun zallarından gedir.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli hesab edir ki, Azərbaycan vaksinasiya prosesinə erkən başlayan, koronavirusla mübarizə sahəsinə öz töhfəsini verən sayılı ölkələrdəndir. Elə buna görə də müəyyən şərtlər əsasında məhdudiyyət tətbiq edilən sahələrin fəaliyyətinə tədricən icazə verilə bilər.

Millət vəkilinin fikrincə, adı çəkilən sahələrə icazə verildikdən sonra bir müddət xüsusi nəzarətdə saxlanılmalıdır. Amma yoluxma sayı bu sahələrə görə artarsa, məhdudlaşdırıcı addımlar atılmalıdır.

Vətəndaşlar isə ümid edirlər ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələləri yenidən nəzərdən keçirəcək və müvafiq qərar qəbul edəcək.

Share: