«Optimal» mağazalar şəbəkəsi nə üçün “Müflisləşdi” ?

«Optimal» mağazalar şəbəkəsi nə üçün “Müflisləşdi” ?

“Optimal Elektroniks” şirkəti haqda az yazılmayıb, bu şirkətin qanuna zidd fəaliyyətindən dəfələrlə şikayət olunub. Lakin, obrazlı desək, dəyirman öz işindədir, çax-çaxı isə şirkətin xidmətindən istifadə edən şəhər sakinlərinin başını ağrıtmada.

Mütəmadi olaraq mətbuatda da bu kifayət qədər populyar olan, özünün biznes imkanlarını böyütməklə məşğul olan, böyüdükcə də bu şirkətin xidmətlərindən istifadə edənləri pərişan edən şirkət haqda ölkənin hüquq mühafizə orqanlarına, məhkəmə inistansiyalarına müraciətlər çoxalmaqda davam edir.

Adı xoş səslənməyən  şirkət haqda Müstəqil az-ın da qapısını döyənlər, şikayət edənlər də tapıldı.

Şirkət haqda deyilənlərə inanmaq çətin olsa da, jurnalist araşdırmalarımız deyilənlərin həqiqət olduğu əminliyini yaratdı.

Olunan şikayətlər, təsdiqini tapan əməllər sırasında sakinlərdən alınan köhnə telefonların, digər elektrik avadanlıqlarının köhnələrini yeni adlarla vətəndaşlara satmasından tutmuş, vergidən yayınmaya, insanları aldatmaq, onların vəsaitini yararsız əşyaları satmaqla mənimsəməyə qədər çox şeylər var.

Azərbaycanın «Optimal» mağazalar şəbəkəsi - GÜRCÜLƏRƏ SATILDI | FED.az

Edilən şikayətlər, məlum olur ki, alındıqdan sonra istismarı mümkün olmayan malları geri qaytarmaq cəhdi özünü doğrultmur. Çünki, “Optimal Elektroniks” şirkəti elə optimal üsüllara əl atır ki, nəinki sıravi vətəndaşlar, eləcə də dövlət qurumları da haqqın yanında dura bilmir. Buna görə də adı çəkilən şirkətin əməllərində neqativ hallar daha da geniş şəkildə müşahidə olunmaqdadır.
Məhz bu bacarığı adı çəkilən şirkətin hər hansı qanunsuz hərəkəti özünün coğrafiyasını və qeyri-qanuni əməllərini genişləndirməklə məşğuldur. Artıq “Optimal Elektroniks” şirkəti özünün biznes portnyorlarına, iş qurduğu, müqavilə bağladığı şirkətlərə, “loru” dillə desək, atmaqla məşğuldur. Milyonlarla hesablanan ödəmələrdən yayınmaq üçün, şirkət yeni bir mərhələyə qədəm qoyub, özü də dövlətin əli ilə. Belə ki, məhkəməyə müraciət edərək, haqqında bəhs olunan şirkətin özünü müflüsləşdirilmiş bir biznes strukturu kimi tanıtmaq cəhdi, demək olar ki, özünün doğrultduğu bir anda, işlərin üsütü açılır. İki məhkəmə instansiyasını uduzsa da “Optimal Elektroniks” in  sükanı arxasında outran iş adamı yenə də  əməlindən əl çəkmir. Yeni bir şirkət yaradaraq öz malılkını orada “bazara” çıxardır.
Araşdırmamızın obyektivliyinə şübhə yeri qalmaması üçün şirkətin sahibi Əsgərov  Əhəd Tofiq oğlu ilə telefon əlaqəsi yaratmaq cəhdimiz alınmadı. Bir neçə dəfə zəng etsəkdə qarşı tərəfin telefonu cavab vermədi. Görünür, Əhəd bəy tanımadığı hər bir nömrənin şikayətçilər tərəfindən, yaxud məhkəmə və jurnalistlər tərəfindən olunacağı ehtimalı onu bu susqunluğa vadar edir. Ona görə də araşdırmamızın davamını qarşı tərəflə əlaqə yaratdıqdan sonra yazacağıq.

P.S. Növbəti yazımızda yeni yaranan “Elit EO” MMC hansı səbəbdən təsis edildiyindən və “Optimal Elektroniks” MMC yə məxsus olan marketlər şəbəkəsinin yeni təsis edilən bu şirkətdə dövriyəyə çıxarılmasından və digər əməllərdən bəhs olunacaq.
Faiq Balabəyli

Share: