Azərbaycan Silahlı Qüvvələri Qarabağ meşələrindəki terrorçulara konkret reaksiya verməlidir – əsir götürməmək, məhv etmək! Bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bizim tərəfimizdən nə qədər çox erməni terrorçusu məhv edilsə, Qarabağ erməniləri başa düşəcəklər ki, onların təhlükəsizliyinin əsas təminatçısı Rusiya sülhməramlı qüvvələri deyil, Azərbaycandır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlıları hər hansı bir erməni silahlının məsuliyyət zonasına girməməsinə nəzarət etməlidir, çünki bu silahlar nə vaxtsa onların özlərinə qarşı istifadə ediləcək:
“Rus sülhməramlıları hələ ki, erməni cinayətkarları ilə pozlar verir, yerli əhalinin toylarında fotoqraflar işləyir və öz dövlət bayrağını tanınmamış qurumun əski parçasının yanında qoyurlar. Biz isə elə etməliyik ki, yerli ermənilər Azərbaycanın yurisdiksiyasını qəbul etməkdən başqa çıxış yolunun olmadığını anlasınlar”.