Ordumuzda sürücü işləmək istəyənlərin nəzərinə!

Ordumuzda sürücü işləmək istəyənlərin nəzərinə!

Azərbaycan Ordusunun hərbi hissələrinə sürücü axtarılır.

MÜSTƏQİL AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, vakant sürücü vəzifələrinə mülki işçilərin qəbulu elan edilir.

Tələb olunan sənədlər aşağıdakılardır:

– C, D, E kateqoriyalı sürücülük vəsiqəsi;

– şəxsiyyət vəsiqəsi;

– hərbi biletin surəti;

– tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);

– rəngli fotoşəkil (2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);

– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklər barədə) arayış.

 

MÜSTƏQİL AZ

Share: