Noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.