Azərbaycan Ordusunun hərbi əməliyyatları davam etsəydi, iki aydan sonra bu ölkənin bütün işğal olunmuş əraziləri məcburi şəkildə boşaldılacaqdı. Azərbaycan Ordusu Sovet ordusunun, rus hərbi düşüncəsinin və türk hərbi qurumunun ən yaxşı ənənələrini mənimsəmiş müstəqil, fərqli bir fenomen olduğunu bütün dünyaya sübut etdi.
Bu sözləri Axar.az-a geniş müsahibəsində rusiyalı tanınmış hərbi ekspert, politoloq Oleq Kuznetsov bildirib.
“Rus və ya sovet hərbi məktəbinin taktiki savadı, eləcə də türk ordusuna xas olan hərbi qulluqçuların şəxsi cəsarəti və fərdi təhsili Azərbaycan Ordusunda özünü göstərdi. Məhz bu iki amil Azərbaycan qoşunlarının, ilk növbədə, intellektual və mənəvi-əxlaqi cəhətdən Ermənistan silahlı qüvvələrindən bütün parametrlərdə üstün olduğunu göstərdi”, – deyə o qeyd edib.
Kuznetsovun sözlərinə görə, düşmənin 20 il ərzində inşa edib möhkəmləndirdiyi mövqelərinə “od vurmaq” çox çətindir:
“Öncədən əsas atəş qüvvələrinin və vasitələrinin məhvi, istehkamların heyətinin gömüləcəyi, daha sonra isə sıçrayışın baş verəcəyi aydın idi. Bu, bir çox cəhətdən türk ordusuna xasdır və döyüş yerlərinə sürətli yanaşma da elə türklərdən mənimsənib. Düşmən mövqelərinin kütləvi raket atəşi ilə darmadağın edilməsi də türk ordusundan mənimsənib. Üstəlik, Azərbaycan Ordusu sursat çatışmazlığı da yaşamadı”.
Müstəqil.Az