Müstəqil.Az Gürcü əsilli ukraynalı politoloq, “Şərhlər” jurnalının redaktoru Vladimir Sxvedianinin Axar.az-a müsahibəsini təqdim edir:
– Ermənistan növbəti dəfə Azərbaycanın cəbhə xəttindən uzaq bölgələri olan Siyəzən, Kürdəmir və Qəbələyə raket zərbələri endirdi. Bir tarixçi kimi xatırladığım qədər, 1945-ci ildə kimlərsə Londona raket atıb… Ermənistanın da eyni üsullarla hərəkət etdiyini demək olarmı?
– Zənnimcə, Ermənistan hakimiyyəti dəli olub. O, “bəlkə böyük bir müharibə alovlandırıb Rusiyanı da ora sürükləməyi bacararıq” ümidi ilə “əli çatdığı” yeri vurur.
– Azərbaycan hətta Ermənistanın öz ərazisində yerləşən raket sistemlərinin atəşini aradan qaldırmaq hüququna belə malikdir, elə deyilmi?
– Ərazisini qorumaq istənilən dövlətin müqəddəs hüququdur. Azərbaycan istənilən halda müharibəni qazanır.
– Bu günlərdə Azərbaycan Prezidenti Zəngilan rayonunda və eynidlı şəhərində bir sıra yaşayış məntəqələrinin azad edildiyini elan etdi. Bütün ekspertlər istisnasız olaraq bu strateji rayonun vacibliyini vurğulayır. Siz necə düşünürsünüz?
– Zəngilan rayonu Azərbaycan-İran sərhədinin “bağlayıcısıdır”. İran xeyli rahatladı. Çünki rəsmi Tehran həqiqətən də ermənilərin onun ərazisinə qaçıb oradan Azərbaycan Ordusuna atəş açacağından və İranı müharibəyə cəlb etməyə cəhdindən ehtiyat edirdi.
– Rusiyalı mütəxəssislər də daxil olmaqla, ekspertlər İrəvanın silahları yerə qoyub danışıqlar masası arxasına əyləşməkdən başqa yolu olmadığını deyir. Amma Paşinyan buna cavab olaraq total müharibəyə çağırır. Hətta qadınlarından, cinsi azlıqlar və I Qarabağ müharibəsinin veteranlarından ibarət hərbi birliklər də formalaşdırır. Bu tərs “əzmkarlıq” nə ilə bağlıdır?
– Paşinyan uduzdu. O, bunu istəsə də, istəməsə də artıq uduzub. Lakin o, tarixdə “hər kəsin Ermənistana xəyanət etdiyi” şəraitdə “sona qədər vuruşan” kimi qalmaq istəyir. Hətta bunun üçün daha yüz min il yaşamaq lazım olsa, o, geri çəkilməyəcək.
Zaur, Xədicə