Orduya dəstək üçün dənizçilərə müraciət olundu

Orduya dəstək üçün dənizçilərə müraciət olundu

“DSD” İB BÜTÜN DƏNİZÇİLƏRƏ TƏŞƏBBÜSƏ QOŞULMAĞA DƏVƏT EDİR

Müqəddəs torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız Böyük Vətən Savaşında igid oğullarımız səngərdə özlərini əsl qəhrəman kimi aparır. Döyüş başlayandan indiyə kimi mənfur düşmənin minlərlə canlı qüvvəsi, yüzlərlə hərbi texnikası şanlı ordumuz tərəfindən məhv edilib.

Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və xalqa məlum müraciəti ölkədə böyük ruh yüksəkliyinə səbəb olub. Ordumuzun davamlı olaraq apardığı qələbə yürüşü tez bir zamanda bayrağımızın Şuşada, Xamkəndində, eləcə də cəmi işğal altda olan ərazilərimizdə dalğalanacağına inamı artırır.
Bu gün Azərbaycan xalqı hər şey cəbhə üçün, hər şey ordu üçün devizi altında qələbəyə inamını möhkəmləndirir və qələbə üçün özlərini səfərbər edir.
Bu, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin İdarə Heyətinin bugünki toplanışında gündəlikdə duran məsələ idi.
Bu haqda “DSD” İB-nin sədri, gəmi kapitanı Faiq Balabəylinin Müstəqil.Az-a verdiyi  xəbərə görə İctimai Birlik həm Xəzər hövzəsində, həm də dünyanın bütün sualarında üzən dənizçilərimizə müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “Əziz dənizçilər, tarix boyu ölkəmiz üçün tale yüklü bütün ictimai-siyasi hadisələrdə biz xalqımızla bir yerdə olmuşuq. İstər 1990-cı ilin qanlı 20 yanvar faciəsində, istərsə də I Qarabağ savaşında dənizçilərimizin rəşadəti, göstərdiyi misilsiz qəhrəmanlıqlar dildən dilə , eldən-elə keçərək bütün dünyaya yayılıb. Hər yerdə dənizçilərimizin qəhrəmanlığından bəhs olunub. I Qarabağ savaşında yüzlərlə dənizçimiz döyüş bölgəsində əsl qəhrəmanlıq göstərdi, onlarla dənizçimiz şəhid oldu. Onların adları AXDG-nin gəmilərinə verilərək əbədiləşdirilib.
II Qarabağ savaşında da dənizçilərimiz Orduya yazılaraq torpaqlarımızın işğaldan azad olması uğrunda savaşa qatılılaraq nümunə göstərdi. Artıq yüzlərlə dənizçi və dənizçi övladları ordu sıralarına  qoşulub.

“DSD” İB-yi dənizçilərimizi imkan daxilində Silahlı Qüvvələrə Yardım Fonduna  maddi yardım göstərməyə çağırır.

“DSD” İB-ni AXDG QSC də işləyən üzvləri artıq bu təşəbbüsə qoşulub. İnanrıq ki, ordumuzun tarix yazdığı bu günlərdə bütün dənizçilər bu təşəbbüsə qoşulacaq.”

Müstəqil.Az

Share: