Orta məktəbdə fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbir keçirilib

Orta məktəbdə fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbir keçirilib

Orta məktəbdə fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Nizami rayonu, Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

FHN-dən -ya verilən xəbərə görə, tədbirin keçirilməsində əsas məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğın Nəzarəti Xidməti, Elm və Təhsil Nazirliyi və Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə, əvvəlcə məktəblilərin fövqəladə hallara dair əl işlərindən ibarət sərgi və təqdimatları ilə tanışlıq olub.

Sonra FHN-in əməkdaşları tərəfindən məktəb kollektivinə müxtəlif təbii və texnogen fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib, videoçarxlar nümayiş olunub.

Daha sonra tədbirin təşkilatçıları tərəfindən iştirakçılar arasında fövqəladə hallarla bağlı davranış qaydalarına dair sual-cavab oyunu keçirilib, oyunun qalibləri həvəsləndirici mükafatlarla təltif edilib.

Sonda məktəblilərin təqdimatında bədii hissə tədbir iştirakçılarının marağına səbəb olub.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.

Share: